Xidməti necə uzatmaq və ya yeniləmək olar

Xidmətin müddəti bitməzdən əvvəl istənilən vaxt uzada bilərsiniz. Yeni müddət hazırkı bitmə tarixinin üzərinə əlavə olunur, günlər itmir.

Addımlar

  • Xidmətlərim bölməsində xidmətinizi açın.
  • Müddəti seçin: 1, 3, 6 ay və ya 1–5 il.
  • Uzatma invoysu yarat düyməsinə basın və ödəniş edin.

Qiymət paketin cari qiymətinə görə hesablanır. Uzun müddət seçdikdə illik qiymət tətbiq olunur.

Avtomatik uzatma

Xidmət səhifəsində avtomatik uzatmanı aktiv etsəniz, müddət bitməzdən 1 gün əvvəl məbləğ balansınızdan çıxılır. Balans kifayət etmirsə, əvvəlcədən xəbərdarlıq göndərilir.

Yenilənib: 18.11.2026. Kömək etmədi? Bizə yazın.