E-poçt hesabını telefona və ya Outlook-a necə qurmaq olar

Hostinq xidmətinizdə yaratdığınız e-poçtu telefon və ya kompüter proqramına bu məlumatlarla qoşa bilərsiniz.

Parametrlər

  • İstifadəçi adı: tam e-poçt ünvanı (məs. info@sizin-domen.az)
  • Parol: e-poçt yaradanda təyin etdiyiniz parol
  • Gələn server (IMAP): mail.sizin-domen.az, port 993, SSL/TLS
  • Gedən server (SMTP): mail.sizin-domen.az, port 465, SSL/TLS

Addımlar

  • Telefonda “Parametrlər → Poçt → Hesab əlavə et → Digər” bölməsinə keçin.
  • Yuxarıdakı məlumatları daxil edin və yadda saxlayın.

Parolu unutmusunuzsa, müştəri panelində Xidmətlərim → E-poçt hesabları bölməsindən yeni parol təyin edə bilərsiniz. Brauzerdən girmək üçün həmin səhifədəki Webmail düyməsindən istifadə edin.

Yenilənib: 18.11.2026. Kömək etmədi? Bizə yazın.