Başqa yerdən aldığınız domeni bizim hostinqə yönləndirmək üçün domenin nameserver (NS) qeydlərini dəyişmək lazımdır.
Addımlar
- Domen aldığınız yerin idarə panelinə daxil olun.
- DNS / Nameservers bölməsini tapın.
- Hostinq aktivləşəndə sizə e-poçtla göndərilən NS ünvanlarını yazın.
- Yadda saxlayın.
Dəyişiklik adətən 1–4 saat, bəzən 24 saata qədər yayılır. Bu müddətdə sayt köhnə yerdə açıla bilər.
Domenin dəqiq vəziyyətini ana səhifədəki domen yoxla alətindən də görə bilərsiniz.
Yenilənib: 18.11.2026. Kömək etmədi? Bizə yazın.